"İnter Mayami"nin sahibi Devid Bekhem argentinalı hücumçu Lionel Messinin Amerika klubuna transferi ilə bağlı danışıqların necə və nə vaxt başladığını izah edib.
 
Matc.az xəbər verir ki, Bekhem bu barədə yerli mətbuata açıqlama verib: "Təxminən dörd il əvvəl "Barselona"da Messi ilə görüşmək üçün onun atasının qaldığı otelə getmişdim. Açığı, o zaman biz Lioneli dəvət etməyə hazır deyildik, necə ki, o, bizə gəlməyə hazır deyildi. Atasına dedim ki, "Oğlunuzu komandada istəyirik. Hazır olanda və fürsət olarsa, Mayamiyə gəlməsini istəyirik". Sonra dörd il ərzində tərəfdaşlarım Xorxe Mas və Xose Mas və mən bu keçidi müzakirə etməyə davam etdik və nəticədə bu alındı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest