Dortmund "Borussiya"sı qapıçı Qreqor Kobellə yeni müqavilə bağlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2028-ci ilə qədər yeni müqavilə imzalayıblar. Klubun bəyanatında yazılıb: "Biz Qreqoru "Dortmund"da uzunmüddətli məqsədlərimizə və ambisiyalarımıza nail olmaq üçün komandada saxlayırıq. Qapıçı mövqeyimiz ən yüksək səviyyədə möhkəmlənib".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest