"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes son bir ildə bütün elit futbolçular arasında ən çox dəqiqə oynayan futbolçu olub.
 
Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPRO) məlumat yayıb.  Portuqaliyalı 15 sentyabr 2022-ci il - 15 sentyabr 2023-cü il tarixləri arasında Portuqaliya və "Mançester Yunayted"in heyətində 72 matçda 6666 dəqiqə meydanda olub. Təqvimdə matçların çox olması səbəbindən futbolçuların iş yükünə də diqqət çəkilib. Federasiya rəhbəri David Aqanzo bu haqda danışıb:  "Güclü iş yükü ən yüksək rəqabət səviyyəsində olan oyunçular üçün ən vacib problemlərdən biri olaraq qalır. Təqvim genişlənməyə davam etsədə, oyunçuların rifahını, performansını və karyeralarının uzunömürlülüyünü qorumaq üçün tədbirlər kifayət deyil".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest