05 Oktyabr 2023, 22:57
FUTBOL
"Bavariya"nın yarımmüdafiəçisi Leroy Sane karyerasını La Liqada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Almaniyalı ilə İspaniya çempionatının iki top klubu maraqlanır. Bunlar "Real" və "Barselona"dır. Sanenin Münhen təmsilçisi ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Futbolçu hələ ki, "Bavariya" rəhbərliyi ilə gələcəyini müzakirə etməyib.