06 Oktyabr 2023, 10:19
FUTBOL
"Bayer"lə ilk matç çətin keçmişdi. "Qarabağ" önündə isə oyunumuzu daha da yaxşılaşdırdıq. Hətta qalib gələ bilərdik"
"Hələ də qrupdan çıxa biləcəyimizə inanırıq". Matc.az xəbər verir ki, bunu "Haken"in yarımmüdafiəçisi Mikkel Ryuqor Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirilən oyundan sonra deyib.
Azərbaycan çempionunu İsveçdə qəbul edən "Hakken" dogma meydanında 0:1 hesabı ilə məğlub olub. 32 yaşlı futbolçu ilk iki turda uduzmalarına baxmayaraq, hələ də ümidini itirmir: "Bayer"lə ilk matç çətin keçmişdi. "Qarabağ" önündə isə oyunumuzu daha da yaxşılaşdırdıq. Hətta qalib gələ bilərdik".
Ryuqor qarşılaşmanın 12-ci dəqiqəsində Julio Romaonun ona qarşı kobudluğundan sonra hakimin cərimə zərbəsini təyin etməsinə narazılıq bildirib: "Rəqib ayağıma cərimə meydanı daxilində vurdu. Ona görə də penalti təyin olunmalı idi. Təəssüf ki, bu qərarı vermədi".