"Bavariya" müdafiəçi Jerom Boatenqi transfer etməyəcək.
 
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Münhen klubunun baş məşqçisi Tomas Tuxel artıq bu qərarı futbolçuya rəhbərlikə çatdırıb. Boatenq hazırkı vəziyyətdən məyus olub. Lakin klub axtarışlarını davam etdirir. "Bavariya"nın Boatenqlə əməkdaşlıqdan imtina etməsinə səbəb onun iştirakı ilə keçirilən məhkəmə olub. Futbolçu sevgilisini döyməkdə ittiham olunur. Münhen regional məhkəməsi işə yaxın vaxtlarda baxmalıdır.
 
Qeyd edək ki, Boatenq 2011-2021-ci illərdə "Bavariya"da çıxış edib və son iki mövsümü "Lion"da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest