06 Oktyabr 2023, 19:55
FUTBOL
"Real" 17 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisini "Barselona"nın əməkdaşlarına təşəkkür məktubuna görə istefaya göndərmək niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Adria Diaz klubda işini itirə bilər. çünki bu ilin iyulunda "Real"a köçdükdən sonra Kataloniya klubuna məktub yazıb və keçmiş "Barselona" həmkarlarına təşəkkür edib. Diaz 2015-2019-cu illərdə "Barselona"da çalışıb. Madrid təmsilçisi Diazın "Leqanes" akademiyasında işləmək üçün artıq öz istəyi ilə komandadan ayrıldığını bildirib.