çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
 
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Madridin "Atletiko" klubunun hücumçusu Alvaro Morata bu ada layiq görülüb. 30 yaşlı ispaniyalının dublu madridlilərə turnirin qrup mərhələsinin 2-ci turunda "Feyenoord" (3:2) üzərində qələbə qazandırıb. 
 
Xatırladaq ki, çempionlar Liqasının hazırkı qalibi İngiltərənin "Mançester Siti" komandasıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest