"İnter"in hücumçusu Lionel Messi MLS-də mövsümün ən yaxşı oyunçusu mükafatına namizəd olub.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. ümumilikdə siyahıda 30 futbolçu yer alıb. Eyni zamanda, Messi liqada cəmi dörd matçda iştirak edib. Onlardan ikisi natamam olub. Hər bir klub müstəqil olaraq bu mükafata namizəd göstərdiyi oyunçuları müəyyənləşdirib. "İnter" MLS-də səkkiz oyuna çıxan yarımmüdafiəçi Serxio Buskets də seçib.
Xatırladaq ki, hər iki futbolçu bu yay Amerika klubuna keçib. Messi əvvəllər PSJ-də, Buskets isə "Barselona"da çıxış edib. Qalib MLS-in hazırkı oyunçuları, məşqçilər, klubların texniki direktorları və baş menecerləri, eləcə də media nümayəndələrinin səsverməsinin nəticələrinə əsasən müəyyən ediləcək. Səsvermə oktyabrın 10-dan 23-dək aparılacaq.