06 Oktyabr 2023, 22:36
FUTBOL
"Atletiko" müdafiəçisi Xose Mariya Ximenes ilə müqaviləni uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı uruqvaylının yeni müqaviləsi 2028-ci il iyunun 30-na kimi nəzərdə tutulub. Mərkəz müdafiəçisi kimi çıxış edən Ximenez 2013-cü ildən "Atletiko"nun oyunçusudur. İki dəfə İspaniya çempionu, İspaniya Superkubokunu, Avropa Liqasını və UEFA Super Kubokunu qazandığı Madrid təmsilçisində 290 oyun keçirib.