07 Oktyabr 2023, 19:17
FUTBOL
Niderlandın səfiri Konfrans Liqasının "Alkmaar" - "Legiya" matçında (1:0) baş verən insidentlə əlaqədar Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. "Legia"nın futbolçuları Josue və Radovan Pankov Niderland polisi ilə toqquşmadan sonra saxlanılıb. Klubun sahibi Dariuş Mioduski həbs olunan futbolçularla polis bölməsinə getmək istəsə də, onu içəri buraxmayıblar. Futbolçular vəkilin iştirakı ilə ana dillərində dindirilib. Xarici işlər nazirinin müavini Pavel Yablonski klubun futbolçuları və əməkdaşlarının fiziki və şifahi zorakılığın qurbanı olduğunu bildirərək, vəziyyəti qəbuledilməz adlandırıb.