"Roma"nın baş məşqçisi Joze Mourinyo bir gün Səudiyyə Ərəbistanında çalışacağını deyib.
 
Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Boş vaxtım olanda Səudiyyə Ərəbistanına gedəcəm. Amma əminəm ki, orada bir gün işləyəcəm. Bunun nə vaxt olacağını bilmirəm, amma buna əminəm. Gələcəkdə nə olacağını heç kim bilmir, amma mən bunu mütləq edəcəm. Bu yaxınlarda Səudiyyə Ərəbistanından gələn səxavətli təklifi rədd etdim. "Roma"da olan işimə sadiqəm və son günə qədər kluba hər şeyi vermək istəyirəm. Səudiyyə Ərəbistanında qapılar mənim üçün həmişə açıqdır. Orada inkişafın necə getdiyini hiss etmək istəyirəm. Kristiano oraya ilk gedən oldu və dərhal bizə baş verənlərə fərqli prizmadan baxmaq imkanı verdi. Əvvəlcə oyunçular bunun bir nəfərlik şou olduğunu düşünürdülər, lakin yayda hər şeyin həqiqətən dəyişdiyini anladılar. Bir çox oyunçular təkcə karyeralarının son mərhələsində deyil, həm də karyeralarının ən yaxşı illərində oraya gəlirlər. çünki orada təkcə ölkə çempionatında deyil, həm də Asiya çempionlar Liqasında real rəqabət var. çox maraqlı turnirdir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest