07 Oktyabr 2023, 22:26
FUTBOL
"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 8-ci turunda "Brentford" üzərində əzmkar qələbəni (2:1) şərh edərək ,klubun yarımmüdafiəçisi Skott Maktominayı xüsusi qeyd edib.
Matc.az xəbər verir ki, hesab 1:0 qonaqların xeyrinə olarkən 87-ci dəqiqədə Sofyan Amrabatı əvəzləyən Maktominay dubl edərək komandasına qələbə qazandırıb. çalışdırıcı bu haqda açıqlama verib: "Mən özümü rahat hiss edirəm. Oyuna yaxşı başladıq. Amma sonra baş verməməli olan qolu buraxdıq. Hamı düzgün mövqedə olmadıqda sürətli cərimə zərbəsi oynamaqla səhv qərar verdik və topu itirdik. Mübarizədə uduzduq və onlar önə keçdi. Amma biz irəliləməyə davam etdik. özümüzə inandıq və sona qədər mübarizə apardıq. Sonda zəhmətimizin mükafatını aldıq. Bəxtimizi özümüz tutduq. Skott oyuna düzgün taktika ilə girdi. O, qol vurmağa o qədər qərarlı idi ki, bəxtini quyruğundan tutdu. Skott "Mançester Yunayted"in əsas futbolçusudur və o, həmişə klub üçün mübarizə aparıb. Bunun üçün canını da verər. Hər kəsdə bu münasibət olmalıdır. Bu klubda oynamağa layiq olmalısan".