"Ştutqart"ın hücumçusu Seru Qirassi Almaniya çempionatında "Volfsburq"la matçda (3:1) het-trik edib.
 
Matc.az xəbər verir ki, futbolçunun bu mövsüm Bundesliqada artıq 13 qolu var. Oyunçu ilk 7 turda 13 dəfə fərqlənməklə Almaniya çempionatının rekordunu müəyyənləşdirib. O, 2019-2020 və 2020-2021 mövsümlərinin 7 başlanğıc matçında 11 qol vuran "Bavariya"nın keçmiş hücumçusu Robert Levandovskinin rekordunu geridə qoyub. Əvvəllər 27 yaşlı Qirassi karyerasında bir mövsümdə 2-dən çox qol vurmasada, hazırda Avropanın top 5 liqasının bombardiridir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest