"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 8-ci turunda "Brentford" üzərində qələbədən (2:1) sonra fasilədə Kazemironu Kristian Eriksenlə niyə əvəzlədiyini açıqlayıb .

Matc.az xəbər verir ki, Mançester təmsilçisi 26-cı dəqiqədə qol buraxsa da 2-ci hissənin əsas vaxtında Skott Maktominayın dublu sayəsində qələbə qazanıb. çalışdırıcı bu haqqda yerli mətbuata açıqlama verib: "Daha çox nəticə  üçün bunu etmək istəyirdim. Oyuna ən çox ötürmə verən, topu cərimə meydançasına çatdıran və hücumda əlaqələr quran birini matça əlavə etməli idim. Buna görə də Kazemiro əvəzinə Kristian Erikseni oynatmağa qərar verdim".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest