08 Oktyabr 2023, 18:50
FUTBOL
"İnter"in baş məşqçisi Xerardo Martino ulduz hücumçu Lionel Messinin ABŞ Açıq Kubokunun finalında "Hyuston Dinamo" ilə oyunda heyətdən kənarda qalmasının səbəbini açıqlayıb.
Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Aydındır ki, onu oynatmaq, hətta bir neçə dəqiqə bu barədə düşünmək axmaqlıq olardı. çünki biz risk etmiş olarıq. Bəli, o, çempionatın sonuna qədər oynayacaq. Bu gündən vəziyyətə uyğun reaksiya verərək, oyundan-oyuna ona bələdçilik edəcəyik. Tibb departamentindən onun heç bir risk etmədən oynamağa hazır olduğunu bildirməsini gözləyəcəyik".
Qeyd edək ki, Messi əvvəlki matçlarda əzələ yorğunluğu yaşayıb. Leosuz "İnter" finalda 1:2 hesabı ilə uduzub.