08 Oktyabr 2023, 19:50
FUTBOL
Cənubi Koreya çempionatında 33-cü turun oyunları keçirilib.
Matc.az xəbər verir ki, Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" növbəti görüşünə çıxıb. Komanda doğma meydanda "Jeju Yunayted"lə qarşılaşıb. Duel ev sahibi kollektivinin qələbəsi ilə yekunlaşıb – 1:0. Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 90+1-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, "Daejeon" hazırda 45 xalla 8-ci pillədə qərarlaşıb