Avqust ayında sol dizinin ön çarpaz bağını qoparan və daha sonra əməliyyat olunan "Real" və Braziliya millisinin müdafiəçisi Eder Militao vaxtından əvvəl sağalır.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Futbolçu fevralın ortalarından axırına kimi meydana qayıda bilər. Militaonun martda meydançaya qayıtması ehtimalı daha yüksəkdir ki, bu da nəzəri cəhətdən ona çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oynamağa imkan verəcək.

Qeyd edək ki, Militao 2019-cu ilin yayında 50 milyon avroya "Porto"dan "Rea"a keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest