08 Oktyabr 2023, 20:30
FUTBOL
Türkiyənin 1-ci liqasında 8-ci turun oyunları keçirilib.
Matc.az xəbər verir ki, Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" növbəti görüşünə çıxıb. Klub səfərdə "Keçiörengücü" ilə qarşılaşıb. Qonaqlar dueldən qələbə ilə ayrılıb - 2:0. Azərbaycanlı futbolçu start heyətdə meydana çıxıb və sonacan mübarizə aparıb.
Qeyd edək ki, "Tuzlaspor" 7 xalla 14-cü pillədə qərarlaşıb.