08 Oktyabr 2023, 23:18
FUTBOL
Londonda Premyer Liqanın 8-ci turunun mərkəzi oyunu başa çatıb .
Matc.az xəbər verir ki, "Arsenal" "Mançester Siti"ni qəbul edib və qalib gəlib (1:0). Yeganə qol duelin sonlarında vurulub. 86-cı dəqiqədə Kai Havertsin ötürməsindən sonra Qabriel Martinelli fərqlənib. "Arsenal" 20 xal toplayıb və 2-ci pilləyə yüksəlib. "Mançester Siti" 18 xalla 3-cü yerdədir. Mançester təmsilçisi ardıcıl ikinci məğlubiyyətini alıb. "Arsenal" Premyer Liqada məğlubiyyətsizlik seriyasını 8 matça çatdırıb.