"Real"ın vingeri Vinisius Junior bütün karyerasını Madrid klubunda keçirmək niyyətində olduğunu açıqlayıb.
 
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Bu klubda oynamaq mənim üçün həmişə böyük şərəfdir. "Real" azarkeşləri ilə mənim bir-birimizə duyduğumuz bu sevgi əvəzsizdir. Burda çox xoşbəxtəm. Bütün həyatım boyu burada oynamaq istəyərəm".
 
Qeyd edək ki,  23 yaşlı braziliyalının "Real"la hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest