Almaniyanın Şimal-Şərq Regional Liqasında 10-cu turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo" növbəti görüşünə çıxıb. Komanda dogma meydanda "Lukkenvalde" ilə qarşılaşıb. Ev sahibi kollektivi dueldən qələbə ilə ayrılıb – 4:0. Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb. Komandasının ikinci qolunu da Rüfət vurub. O, 45+2-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, "Dinamo" hazırda 21 xalla 3-cü pillədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest