Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb. Matc.az xəbər verir ki, bu, tamaşaçı sayı baxımından ən yüksək göstərici ilə yadda qalıb.
 
Belə ki, IX turun "Neftçi" – "Qarabağ" görüşündə "Neftçi Arena"ya 5400 azarkeş toplaşıb. Buna qədər isə record "Turan Tovuz" – "Neftçi" qarşılaşmasında (0:1) olmuşdu. Həmin görüşə 5000 fanat toplaşmışdı.
 
Qeyd edək ki, "Neftçi" – "Qarabağ" oyunu ikincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest