FİFA referiləri Əliyar Ağayev, Rauf Cabarov və Cavid Cəlilov hərəyə 4 belə görüşə təyinat alıblar. Digər FİFA referisi Elçin Məsiyev və 5 həmkarı isə 3 dəfə ədaləti qoruyublar.

Futbol üzrə Azərbaycan Premyer Liqasının ilk dövrəsində ən çox oyun idarə edən hakimlər bəlli olub. Matc.az xəbər verir ki, İnqilab Məmmədov siyahının ilk pilləsində qərarlaşıb. 10 gün sonra 40 yaşı tamam olacaq ədalət təmsilçisi 5 qarşılaşmada əsas hakim funksiyasını yerinə yetirib.
 
FİFA referiləri Əliyar Ağayev, Rauf Cabarov və Cavid Cəlilov hərəyə 4 belə görüşə təyinat alıblar. Digər FİFA referisi Elçin Məsiyev və 5 həmkarı isə 3 dəfə ədaləti qoruyublar.
 
II turun "Sumqayıt" - "Sabah" oyunu təxirə salındığa görə, ilk dövrədə 44 matç baş tutub.
 
Azərbaycan Premyer Liqasında ilk dövrədə ən çox oyun idarə etmiş hakimlər:
 
İnqilab Məmmədov - 5 oyun
 
Əliyar Ağayev - 4 oyun
 
Cavid Cəlilov - 4 oyun
 
Rauf Cabarov - 4 oyun
 
Elçin Məsiyev - 3 oyun
 
Tural Qurbanov - 3 oyun
 
Kamal Umudlu - 3 oyun
 
Kamranbəy Rəhimov - 3 oyun
 
Rəşad Əhmədov - 3 oyun
 
Rəvan Həmzəzadə - 3 oyun
 
Emin Əliyev - 2 oyun
 
Rauf Allahverdiyev - 2 oyun
 
Əli Əliyev - 2 oyun
 
Fərid Hacıyev - 1 oyun
 
Nicat İsmayıllı - 1 oyun
 
Kamran Əliyev - 1 oyun
report.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest