09 Oktyabr 2023, 14:32
FUTBOL
Fransalı hücumçu Loik Remi karyerasını başa vurmaq qərarına gəlib. Matc.az xəbər verir ki, bunu 36 yaşlı forvard özü açıqlayıb.
O bildirib ki, bu ilin əvvəlindən klubsuz qaldığından, futboldan getməyi məqsədəuyğun bilib.
Remi karyerası ərzində "Lion", "Lans", "Nitsa", "Marsel", "Kuinz Park Reyncers", "Nyukasl", "Kristal Pelas", "çelsi", "Las Palmas", "Xetafe", "Lill", "Rizəspor", "Adana Dəmirspor" və "Brest"in formasını geyinib.
Qeyd edək ki, futbolçu ikiqat Fransa çempionu, İngiltərə Premyer Liqasının və İngiltərə Liqa Kubokunun qalibi olub.