09 Oktyabr 2023, 16:16
FUTBOL
"Sabah"ın 3 əcnəbi futbolçusu milli komandasına çağırılıb. Matc.az xəbər verir ki, bunlar Davit Volkov, Vinsent Till və Jarl Marqaritadı.
Volkov Gürcüstan, Till Lüksemburq, Marqarita isə Kurasao yığmasının qarşıdakı görüşləri üçün dəvət alıb.
Volkov oktyabrın 12-də yoldaşlıq görüşündə Tailand, 15-də isə AVRO-2024-ün seçmə mərhələsində Kiprlə qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.
Tillin şərəfini qoruduğu Lüksemburq AVRO-2024-ün seçmə mərhələsində oktyabrın 13-də İslandiya, 16-da Slovakiya sınağına çıxacaq.
Marqaritanın formasını geyindiyi Kurasao isə KONKAKAF Millətlər Liqasında qüvvəsini sınayacaq. Adıçəkilən komanda oktyabrın 14-də Panama, 18-də Trinidad və Tobaqo ilə üz-üzə gələcək.