"Roma"nın baş məşqçisi Joze Mourinyo hücumçu Paulo Dibalanın durumundan danışıb.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Biz optimist deyilik. Futbolçularımın fikrinə güvənirəm. Əgər onda nikbinlik yoxdursa, o zaman ondan nümunə götürəcəyəm. Təbii ki, yaxın günlərdə test nəticələrinin nə göstərəcəyini gözləməliyik, amma Paulonun intuisiyasına güvənirəm. O, öz bədənini yaxşı tanıyır. Əgər özünü müsbət hiss etmirsə, deməli, mən də hiss etmirəm. Mən Pauloya sizinlə eyni sualı verdim. O, indi tibb işçilərinin yanındadır. Nəticələri gözləyirik və əməkdaşlarımız məsələləri yalnız qəbul edildikdən sonra müzakirə edəcəklər". 

Qeyd edək ki, argentinalı A Seriyasının 8-ci turunda "Kalyari" ilə oyuna (4:1) daxil olsa da, zədələnərək 40-cı dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest