Səudiyyə Ərəbistanı Futbol Federasiyası 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün ərizəsini rəsmən təqdim edib.
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bəyanatda yazılıb: "Səudiyyə Ərəbistanının 2034-cü il FIFA Dünya çempionatına ev sahibliyi etmək niyyəti tarixidir və ölkənin bütün səviyyələrdə yeni futbol imkanları açmaq öhdəliyini və dünyanın hər yerində oyunun inkişafına dəstək vermək öhdəliyini əks etdirir. Səudiyyə Ərəbistanının sosial və iqtisadi vəziyyətindən, eləcə də ölkənin futbol sevgisindən ilhamlanaraq biz dünyanı krallığa salamlamağa və pərəstişkarları üçün maraqlı və yaddaqalan hadisə vəd etməyə hazırıq".
Dünya çempionatının ev sahibləri FİFA-nın ayrıca qurultayında təsdiqlənəcək.
Qeyd edək ki, bütün qitələrdən FİFA-ya üzv olan 70-dən çox assosiasiya Səudiyyə Ərəbistanını dəstəklədiyini açıq şəkildə bəyan edib