Azərbaycan millisinin heyətində dəyişiklik olub.
 
Matc.az xəbər verir ki, yarımmüdafiəçi Eddi İsrafilov yığmadan kənarlaşdırılıb.
Buna səbəb orta sahə oyunçusunun zədəli olmasıdı. O, AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya ilə görüşlərdə komandaya kömək edə bilməyəcək. İsrafilov yığmanın təlim-məşq toplanışında iştirakını dayandırıb.
 
Qeyd edək ki, millimiz oktyabrın 13-də Estoniya ilə səfərdə, 16-da isə Avstriya ilə evdə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest