Fransa millisinin baş məşqçisi Didye Deşam yarımmüdafiəçi Pol Poqbanın millidəki gələcəyindən danışıb.
 
Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib. 
 
"Alleqri mənim kimi Pauldan narahatdır. O, özünü çətin vəziyyətdə tapıb. Poqba hüquqlarını müdafiə edəcək. O, özünü müdafiə etməli olacaq. Lakin bu, uzun bir prosedurdur. Sabah nə olacağını bilmirəm, amma onun başına gələnlərə görə çox kədərlənirəm. Mən qəti mövqe tutmaq fikrində deyiləm. Onun gələcəyinin necə olacağını bilmirəm, amma proses vaxt aparacaq. ümid edirəm ki, o, yenidən təbəssümünü tapacaq". 
 
Qeyd edək ki, A Seriyasının 1-ci turunun "Udineze" ilə səfər oyunundan (3:0) sonra Poqba dopinq testindən keçə bilməyib. 30 yaşlı yarımmüdafiəçinin nümunəsində artan testosteron səviyyəsi aşkar edilib. Poqba 4 illik cəza ilə üzləşə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest