"Mançester Yunayted"in cinah oyunçusu Ceydon Sançonun baş məşqçi Erik ten Haqdan üzr istəmək üçün vaxtı tükənib.
 
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Futbolçunun bu qış komandadan getməsi ehtimalı artıb. 23 yaşlı britaniyalı oyunçu sentyabr ayında ten Haqı yalan danışmaqda açıq şəkildə ittiham etdikdən sonra əsas komanda ilə məşqdən uzaqlaşdırılıb. Ceydon,  xüsusilə, ten Haqın məşqdə kifayət qədər işləmədiyi üçün matçlardan birinə heyətə daxil edilməməsi ilə bağlı sözlərinin doğru olmadığını bildirib.
 
Qeyd edək ki, Sanço 2021-ci ilin yayında "Borussiya Dortmund"dan "Mançester Yunayted"ə keçib. Bu mövsüm Premyer Liqada 3 oyun keçirməyi bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest