"Arsenal"ın cinah oyunçusu Bukayo Saka oktyabrdakı matçlarda İngiltərəyə kömək etməyəcək.
 
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt "Arsenal"ın "Mançester Siti" ilə matçını buraxan Sakanı Avstraliya ilə cümə günü keçiriləcək yoldaşlıq görüşü və İtaliya ilə (17 oktyabr) Avropa çempionatının seçmə oyunu öncəsi milli komandanın düşərgəsinə çağırıb. Amma komandanın tibbi heyəti onun öz klubuna qayıtmasını tapşırıb.
Bazar günü "Arsenal"ın Premyer Liqada "Mançester Siti" üzərində qələbəsini zədə səbəbindən əldən verən Saka İngiltərənin tibbi heyəti tərəfindən qiymətləndirilib və futbolçunun reabilitasiyasını öz klubunda davam etdirməsi qərara alınıb.
 
Qeyd edək ki, Qaret Sautqeytin 25 oyunçudan ibarət heyəti olduğu üçün əvəzedici kimi heç kimi çağırmaq planları yoxdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest