09 Oktyabr 2023, 21:50
FUTBOL
İtaliya A Seriyası 8-ci tur üçün simvolik komandasını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Orada "Milan"ın hücumçusu Olivye Jiru üçün də yer ayrılıb. Lakin fransızı orada qapıçı mövqeyinə daxil ediblər.
Şənbə günü Olivier Jiru "Milan"ın qapıçısı Mayk Maignanın qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra Milanın "Cenoa" üzərində 1-0 qalib gəldiyi oyunda qapıda dayanmaq məcburiyyətində qalıb. Fransız forvard yeni mövqeyində möhtəşəm seyv edərək komandasına qələbə hesabını qoruyub saxlamağa kömək edib - 1:0.