Yohan Lange "Tottenhem"in texniki direktoru olub. 
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. O,  noyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq. Lange klub və akademiya komandaları üçün işə qəbul, analitik və istedadların əldə edilməsinə cavabdeh olacaq. Son üç il ərzində Lange "Aston Villa"da əvvəlcə idman direktoru, 2023-cü ilin iyulundan isə beynəlxalq əlaqələr üzrə direktor vəzifəsində çalışıb. 43 yaşlı danimarkalı əvvəllər "Kopenhagen", "Linqbi" və "Vulverhempton"un məşqçilər korpusunda olub. 2014-2020-ci illərdə "Kopenhagen" klubunun texniki direktoru olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest