"Ümumi işimiz və səylərimiz sayəsində biz "İnter Mayami" tarixində ilk titulu - Liqalar Kubokunu qazandıq, ABŞ Açıq Kubokunun finalına yüksəldik"

"İnter Mayami"nin kapitanı Lionel Messi sosial şəbəkədəki səhifəsində komandasının bu mövsümdəki çıxışını şərh edib. Matc.az xəbər verir ki, argentinalı hücumçu komandasının çıxışını yüksək qiymətləndirib.
 
36 yaşlı superulduz növbəti mövsüm daha güclü olacaqlarına inandığını bildirib:
 
"Komandanın bu mövsüm əldə etdiyi nəticələrlə fəxr edirəm. ümumi işimiz və səylərimiz sayəsində biz "İnter Mayami" tarixində ilk titulu - Liqalar Kubokunu qazandıq, ABŞ Açıq Kubokunun finalına yüksəldik. Hətta MLS-in pley-off mərhələsinə çıxmaq üçün son ana qədər mübarizə apardıq. Bizdə hələ də daha rəqabətədavamlı olmaq üçün təkmilləşmək arzusu var. Əminəm ki, son aylardakı kimi, inanılmaz anlar yaşamağa davam edəcəyik".
 
Qeyd edək ki, "İnter Mayami" MLS-in Şərq Konfransında 14-cü yeri tutaraq, pley-off mərhələsinə yüksələ bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest