23 Oktyabr 2023, 09:47
FUTBOL
İspaniya La Liqasının X turu "Barselona"nın futbolçusu Mark Qiu üçün əlamətdar olub. Matc.az xəbər verir ki, "Atletik"lə oyunda komandasına qələbə qazandıran hücumçu klubun tarixinə düşüb.
Belə ki, o, 17 yaş 291 günlüyündə fərqlənməyi bacarıb. Bununla forvard XXI əsrdə La Liqada "Barselona"nın heyətində debüt görüşündə qol vuran ən gənc oyunçu ünvanına yiyələnib.
Qeyd edək ki, "Atletik"i 1:0 hesabı ilə məğlub edən "Barselona" 24 xalla üçüncü pillədə qərarlaşıb.