Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"la qarşılaşacaq "Bayer"də hücumçu Patrik Şik sıraya dönüb. Matc.az xəbər verir ki, çexiyalı forvard artıq qarşıdakı görüşdə məşqçilər korpusunun sərəncamında olacaq.
 
Bunu leverkuzenlilərin baş məşqçisi Xabi Alons açıqlayıb. O bildirib ki, ulduz futbolçu uzun müddətdən sonra yaşıl meydanlara dönüşünü məhz "Qarabağ"la qarşılaşmada qeyd edəcək: "Şik "Volfsburq"la oyunda da meydana çıxa bilərdi. Lakin matçın tempi yüksək olduğundan riskə atmadıq. Ona "Qarabağ"la görüşdə 10-15 dəqiqə şans verməyi planlaşdırıram".
 
Qeyd edək ki, "Bayer" – "Qarabağ" oyunu oktyabrın 26-da Leverkuzendə keçiriləcək. Patrik Şik həmin görüşdə iştirak etsə, 260 gündən sonra meydana çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest