"Qalatasaray"ın hücumçusu Mauro İkardi çempionlar Liqasının qrup mərhələsində "Bavariya" ilə oyunu buraxacaq. Matc.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb. 
 
Bildirilib ki, Türkiyə çempionatında "Beşiktaş"la dünənki görüşdə zədələnən argentinalı forvard qarşıdakı oyunda meydana çıxmayacaq.
İkardi bu mövsüm Super Liqada keçirdiyi 9 oyunda 10 qol vurub, 1 məhsuldar ötürmə verib.
 
Qeyd edək ki, çempionlar Liqasının qrup mərhələsinin III turunun "Qalatasaray" - "Bavariya" matçı sabah keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest