"Real"ın direktoru Xose Anxel Sançes komandanın yarımmüdafiəçisi Luka Modriçin qış transfer pəncərəsində Səudiyyə klublarından birinə gedə biləcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.

Matc.az xəbər verir ki, klub rəsmisi bu barədə yerli mətbuata açıqlama verib: "Səudiyyə Liqasının nümayəndələri indiyənə qədər Luka Modriçin transferi ilə bağlı rəsmi danışıqlar aparmayıblar. Hazırda onun komandadan ayrılmasını düşünmürük".

Qeyd edək ki, 38 yaşlı Modriçin "Real"la müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest