"İnter"in 19 yaşlı cinah oyunçusu Edison Azkona deyib ki, Amerika komandasının futbolçuları məşq zamanı Lionel Messiyə qarşı çox ehtiyatlı davranırlar.

Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Hamı başa düşür ki, heç kim Messiyə zərər verməməlidir. Onu bir-birimizlə "oyunlarımıza" cəlb etməyə imkan vermirik. Biz bundan özümüzü müdafiə edirik. Ona qarşı ehtiyatla davranırıq. Heç kim ona qarşı çox sərt davranmır".

Qeyd edək ki, 36 yaşlı Messi keçən yay "İnter"ə keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest