"İnter"in 19 yaşlı cinah oyunçusu Edison Azkona bildirib ki, Amerika komandasının ispan dilini bilməyən oyunçuları argentinalı hücumçu Lionel Messi ilə ünsiyyət qura bilmək üçün bunu öyrənirlər.

Matc.az xəbər verir ki,futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Leonun ingiliscə danışdığını eşitməmişəm. Bəzən o, "sabahınız xeyir" deyir, lakin komandada ingiliscə danışan və ispan dilini bilməyənlər indi ispan dilini öyrənir. Sırf onunla ünsiyyət qurmaq üçün".

Qeyd edək ki, 36 yaşlı Messi keçən yay "İnter"ə keçib və bütün turnirlərdə 14 matçda 11 qol vurub, 5 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest