"çelsi"nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın 9-cu turunda "Arsenal"la heç-heçə etdikləri oyundan (2:2) milli komandalardan qayıtdıqdan qısa müddət sonra tam oyun keçirməli olan Enzo Fernandes və Moises Kaysedonun çıxışından danışıb.
Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Kaysedo və Enzo Amerikadan iki matçdan sonra gəldilər və tamamilə hazır deyildilər. Lakin onlar komanda üçün vacib oyunçulardır. İndi qarşıdakı oyuna hazırlaşmaq üçün bir həftəmiz var və şübhəsiz ki, yaxşılaşacaqlar. Oyunçuların çərşənbə günü Amerikadan qayıdıb şənbə günü oynamaq məcburiyyətində qalması çılğınlıqdır. Amma desəydim ki, onlara istirahət verəcəyəm, siz mütləq məni və "çelsi"nin sahibini öldürərdiniz".
Qeyd edək ki, Enzo Fernandez birinci, Kaysedo isə Premyer Liqa klubları tarixində transfer bazarında dördüncü ən bahalı alışdır.