Antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilən rumıniyalı tennisçi Simona Halep məşqlərini bərpa edib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Dünyanın keçmiş birinci raketkasının kortda məşqə qayıtması onun bazar ertəsi sosial şəbəkədə yayımladığı videodan aydın olub.

Sentyabr ayında Tennis İnfrastruktur İdarəsi (ITIA) ikiqat Böyük Dəbilqə çempionunun qadağan olunmuş maddələrdən istifadə etdiyinə görə dörd il müddətinə (6 oktyabr 2026-cı il tarixinə qədər) diskvalifikasiya edildiyini açıqlamışdı. İdmançı qərara İdman Arbitraj Məhkəməsində (CAS) etiraz etmək niyyətindədir.

 

2022-ci ilin oktyabrında Halep iki ay əvvəl ABŞ Açıq turnirində iştirak edərkən aldığı dopinq testinin qadağan olunmuş roxadustat üçün müsbət nəticə verməsindən sonra antidopinq qaydasını pozduğuna görə yarışdan müvəqqəti olaraq kənarlaşdırılıb. May ayında ITIA bioloji pasportunda pozuntularla bağlı Halepə qarşı əlavə ittihamlar irəli sürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest