"Lion"un səhmdarı, amerikalı milyarder Con Tekstor etiraf edib ki, yayda baş məşqçi Loran Blan istefaya göndərməli idi.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Blan sentyabrın 11-də "Lion"dan qovulub və bu vaxta qədər komanda Fransa çempionatının dörd açılış turunda cəmi 1 xal toplayıb. Bir neçə gün sonra Fabio Qrosso "Lion"un başına keçib. O, yerli mətbuata açıqlama verib: "Mövsümlərarası heç bir iş görülmədi. Mən səhv etdim. Yayda, yoldaşlıq görüşündə heyətində problem yaşayan belçika komandası bizi məğlub edəndə qərar verməli oldum".

Qeyd edək ki, 9 turdan sonra "Lion" 3 xalla Liqa 1-in turnir cədvəlində sonuncu, 18-ci yerdədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest