23 Oktyabr 2023, 23:44
FUTBOL
"Milan"ın hücumçusu Rafael Leau A seriyasında ayın futbolçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Cinah oyunçusu mükafatı Turin təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatan "Milan"-"Yuventus" matçından əvvəl "Cüzeppe Meatsa" stadionunun meydançasında alıb.
Qeyd edək ki, A Seriyasının cari mövsümündə Leau 9 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib