"Mançester Yunayted"in yarımmüdafiəçisi Kasemiro "qırmızı şeytanlar"a keçdiyi üçün peşmandı. Matc.az xəbər verir ki, braziliyalı qərarının səhv olduğunu hesab edir.
 
Klub ulduz futbolçunun çıxışından narazıdı. Kasemiro isə "Real"ı tərk edərək həm meydanda, həm də ondan kənarda qeyri-sabit kollektivə qoşulduğunu düşünür. Premyer Liqa təmsilçisi onun yerinə "Benfika"nın 19 yaşlı yarımmüdafiəçisi Joao Neveşi transfer etmək imkanını nəzərdən keçirir. Portuqaliyalılar bu keçiddən ən azı 70 milyon avro qazanmağı planlaşdırır.
 
Qeyd edək ki, 31 yaşlı Kasemiro ötən ilin yayında "Real"ı "Mançester Yunayted"ə dəyişib. O, Premyer Liqada 28 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest