"Yuventus" yarımmüdafiəçisi Manuel Lokatelli ilə müqaviləni yeniləməyə hazırlaşır. Matc.az xəbər verir ki, turinlilər bu yöndə çalışmaları davam etdirir.
 
25 yaşlı italiyalının çıxışı rəhbərliyin ürəyincədi. Bu üzdən turinlilər ona 2028-ci ilin yayına kimi nəzərdə tutulan yeni müqavilə təklif edib. Yeni sazişin yaxın günlərdə imzalanması gözlənilir.
 
Qeyd edək ki, Lokatelli bu mövsüm 9 oyun keçirib, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest