26 Oktyabr 2023, 13:44
FUTBOL
Tomas Müllerin karyerasını "Bavariya"da başa vurmaq istəyi reallaşmağa yaxındı. Matc.az xəbər verir ki, Münhen klubu da ulduz futbolçusunu komandada saxlamaqda maraqlıdı.
Bu məqsədlə Bundesliqa çempionu 34 yaşlı hücumçuya yeni müqavilə təkli edib. Rəhbərlik onunla əməkdaşlığı 2025-ci ilə qədər uzatmağa hazırdı. Oyunçunun hazırkı sözləşməsi cari mövsümün sonuna qədərdi.
Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Tomas Müller 2000-ci ildən klubda çıxış edir.