Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Zaqreb "Dinamo"sunun heyətində Konfrans Liqasının qrup mərhələsi oyununda start heyətində yer alacaq. Matc.az xəbər verir ki, bu barədə "index.hr" saytı məlumat yayıb.
 
Bildirilir ki, Plzen "Viktoriya" ilə keçiriləcək qarşılaşmada Emreli ilk dəqiqələrdən meydanda olacaq. Buna səbəb mərkəz hücumçusu Bruno Petkoviçin zədədən əziyyət çəkməsidi. O, bu üzdən qarşılaşmanı buraxmalı olacaq. Buna görə də, Emreli Xorvatiya klubunun əsas qol ümidi olacaq.
 
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest