"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində "Bayer"lə keçirəcəyi oyunun biletləri sabahdan satışa çıxarılacaq. Matc.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
 
Bildirilib ki, azarkeşlər saat 12:00-dan etibarən "iticket.az"dan bilet əldə edə biləcəklər. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat olacaq. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən fanatlar 200 manatlarından keçməli olacaq.
Satış məntəqələri "Iticket.az"ın satış məntəqələri ("iticket.az"da onlayn satış), Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarıdı. "Changan Azerbaijan"da isə VVIP, VIP və CAT 1 biletlər olacaq.
 
Qeyd edək ki, "Qarabağ" - "Bayer" görüşü noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar bu gün "Bay-Arena"da ilk matça çıxacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest